İRNA-nın məlumatına görə, “Associated Press” və “Axios” xəbər saytları bazar günü Omanda İran-ABŞ danışıqlarının dördüncü raundundan sonra adı açıqlanmayan ABŞ rəsmisinə istinadən bildiriblər: “Danışıqların texniki elementlər vasitəsilə irəlilədilməsi barədə razılıq əldə olunub.”
Axios və Associated Press saytları amerikalı məmura istinadən yazıblar: “Biz bugünkü danışıqların nəticələrindən ümidləndik və yaxın gələcəkdə keçiriləcək növbəti görüşü səbirsizliklə gözləyirik.”
Amerika rəsmisinin sözlərinə görə, danışıqların bu raundu danışıqlara vasitəçilik edən Omanın paytaxtı Maskatda təxminən üç saat davam edib.
İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dolayı danışıqların dördüncü raundu bu gün, 11 may 2025-ci il, bazar günü, Omanın paytaxtı Maskatda keçirilib.
Sizin rəyiniz